Ağsuda dağlıq ərazidə yanğının yayılmasının qarşısı alınıb

img

26-08-2019 [12:30]


Avqustun 22-də gündüz saat 14 radələrində Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında baş verən yanğının yayılmasının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsindən "Report"un yerli bürosuna verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 35 nəfər şəxsi heyəti, 5 texnikası, Mülkü Müdafiə Qoşunlarının 35 nəfər şəxsi heyəti, 2 texnikası cəlb olunub. Ümumilikdə nazirliyin 70 nəfər şəxsi heyəti və 7 texnikası ərazidədir.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA