İcra başçısının oğlu rəis müavini təyin edildi

img

26-08-2019 [11:38]


Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi olub. 

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrə əsasən, Alıyev Elvin Alı oğlu Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Elvin Alıyev əvvəllər Füzuli rayon Polis Şöbəsində və Binəqədi rayon Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb. 

Qeyd edək ki, Elvin Alıyev Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğludur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA