Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

img

24-08-2019 [13:46]


Bakıda və Abşeron yarımadasında Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mia.Az verilən məlumata görə, havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 65-75 %, gündüz 30-40 % olacaq. Abşeron çimərliklərində Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz. Lakin səhər saatlarında bəzi qərb rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti təşkil edəcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA