"Qəbələ" azərbaycanlı futbolçunu Küveyt klubuna satıb

img

23-08-2019 [14:55]


"Qəbələ”nin futbolçusu Kamal Mirzəyev karyerasını Küveytdə davam etdirəcək.

"Report"un məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi bu ölkənin "Əl-Salmiyə” klubuna transfer olunub. Asiya təmsilçisinin nümayəndələri 25 yaşlı yarımmüdafiəçini "qırmızı-qaralar”la avqustun 5-də keçirilən yoxlama oyununda bəyəniblər. 

"Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra klublar arasında danışıqlara start verilib və razılıq əldə olunub. O, yeni komandası ilə birillik müqavilə imzalayıb.

Qeyd edək ki, Kamal Mirzəyev Azərbaycanın U-19, U-21 və U-23 yığmalarının şərəfini qoruyub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA