Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib - FOTO

img

23-08-2019 [12:42]


Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına uyğun olaraq, ümumqoşun birliklərinin hava hücumundan müdafiə vasitələri döyüş atışlarını yerinə yetirib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, təlim məşqləri zamanı hərəkətdə olan müxtəlif parametrli hədəflər döyüş heyətləri tərəfindən aşkar olunaraq məhv edilib.

Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən şəxsi heyətin biliyi, bacarığı və praktiki vərdişləri yüksək qiymətləndirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA