Avropa Liqası: "Qarabağ" "Linfild” oyununda 5 qol vuruldu

img

23-08-2019 [00:34]


Bu gün UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün play-off mərhələsi çərçivəsində "Qarabağ" İrlandiyada "Linfild”in qonağə olub.

Mia.az xəbər verir ki, oyunun 14-cü dəqiqəsində "Qarabağ"lı Faysal Rerras qola imza atıb - 0:1.

40-cı dəqiqədə ev sahiblərindən Stafford bərabərlik qolunu vurub - 1:1.

45+1-də "Linfild" daha bir qola imza atıb - 2:1.

75-ci dəqiqədə Laveri 3-cü topu qapımızdan keçirib - 3:1

90+2-də "Qarabağ" hesab arasındakı fərqi penaltidən azaldıb - 3:2.

Beləliklə, oyunun taleyi bir həftə sonra Bakıdakı cavab oyunda həll olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA