Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

img

22-08-2019 [12:43]


Avqustun 23-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Mia.az ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu gecə 20-24° isti, gündüz 35-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 36-38° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 25-35% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 23-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü, arabir yaranan durğun hava şəraiti fonunda gündüz isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA