AFFA bu klubları cəzalandırdı - Səbəb

img

21-08-2019 [12:54]


AFFA İntizam Komitəsi "Qəbələ”, "Sumqayıt” və "Sabah” klublarını cərimələyib.

Mia.az AFFA-ya istinadla xəbər verir ki, Premyer Liqasnın I turunun "Qəbələ” – "Sumqayıt” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 84-cü dəqiqəsində "Qəbələ”nin Asif Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba 200 manat cərimə kəsilib.

Görüş başa çatdıqdan sonra "Qəbələ”nin azarkeşi tunelə daxil olaraq hakimlər briqadasını təhqir etdiyi üçün meydan sahibi klub 4000 manat cərimələnib. Oyun "Sumqayıt” klubunun ucbatından 9 dəqiqə gec başladığı üçün klub 800 manat cərimə olunub.

"Neftçi” – "Sabah” matçında isə qonaqlar 4 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat ziyana düşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA