Yasamalda çoxmərtəbəli yaşayış binası yanır - Sakinlər təxliyyə olunub

img

20-08-2019 [11:44]


Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

Mia.az FHN-ə istinadla xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələr arasında elektrik kabellərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyyə edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA