Bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb

img

20-08-2019 [10:18]


Bu gün saat 09:00-dan etibarən Samux rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Bu barədə  "Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a verilən məlumata görə, bu müddət ərzində texniki baxış zamanı aşkarlanmış qaz sızmalarının ləğvi işləri aparılacaq. Saat 10.00-dan Binəqədi rayonu Xocahəsən qəsəbəsində yeni çəkilmiş qaz xəttinin və qollarının qoşulması da icra olunacaq. Bu zaman Binəqədi rayonu, Sulutəpə və Xocahəsən qəsəbələrində qaz təchizatı dayandırılacaq.

Bundan başqa, Sabunçu rayonunda aparılan abadlıq işləri ilə bağlı orta təzyiqli qaz xəttində təmir-bərpa işlərinə zəruriyyət yaranıb. Saat 10:00-dan işlər başa çatanadək Kürdəxanı kəndində də qaz təchizatı dayandırılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA