Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı - MN açıqladı + FOTO

img

19-08-2019 [12:06]


Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin "qara qutusu” tapılaraq dənizdən çıxarılıb.

Mia.az Azərbaycan Müdafiə Nazirliyinə istinadla bildirir ki, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədi ilə "qara qutunun” texniki vəziyyəti öyrənilir.

Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA