Pərviz Şahbazov və müavinləri rayonlara gedir

img

16-08-2019 [15:26]


Energetika naziri Pərviz Şahbazov avqustun 30-da Gəncə şəhərində Gəncə və Göygöl rayonlarından olan vətəndaşları qəbul edəcək.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, qəbul saat 11:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialının inzibati binasında (ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Gəncə-Bakı şossesinin kənarı) keçiriləcək.

Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Goranboy şəhərində Goranboy və Naftalan rayonlarınınsakinləri ilə görüşəcək. Qəbul saat 11:00-da Goranboy rayon Heydər Əliyev Mərkəzində (ünvan: Goranboy şəhəri, Dədə Qorqud küçəsi, bina 27) keçiriləcək.

Bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Seymur Bağbanlı), nazirliyin "974” Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs Famil Əliyev, əlaqə telefonları: (050) 235 17 57, (055) 573 17 57), elektron poçt ünvanı:office.ganja@regulator.gov.az, ganja@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsindəki "Qəbula yazılmaq" bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA