İlham Əliyev Soçiyə gedir - Putin və Ruhani ilə görüşdə nələr müzakirə olunacaq?

img

11-08-2019 [15:21]


İran Prezidenti Həsən Ruhani Soçidə baş tutacaq Azərbaycan-Rusiya-İran sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüş keçirəcək.

"RİA Novosti" xəbər verir ki, bunu İran Prezident Administrasiyasının mətbuat xidmətinin nümayəndəsi Pərviz İsmaili deyib.

Onun sözlərinə görə, H. Ruhani hər iki ölkədən olan həmkarı ilə görüşdə ikitərəfli münasibətlərin ən vacib məsələlərini müzakirə edəcək.

O, həmçinin Soçi sammitin nəticələrindən sonra birgə bəyanatın qəbul olunacağını da qeyd edib.

Qeyd edək ki, avqustun 14-də Soçidə Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün keçirilməsi planlaşdırılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA