Yasamalda maşın quyuya düşüb - "Azəriqaz”dan açıqlama

img

08-08-2019 [16:24]


Avqustun 7-də günorta saatlarında Bakının Yasamal rayonunun Hüseyn Cavid prospekti, 231 ünvanında yeraltı qaz xəttində qaz sızması barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinə məlumat daxil olub.

"Azəriqaz”dan Mia.az-a verilən məlumata görə, əvvəlcə sızma ərazisi, daha sonra dəqiq sızma nöqtəsi müəyyənləşdirilib: "Müvafiq təşkilatlardan qazıntı icazəsi alındıqdan sonra işlərə başlanılıb.

Təqribən, 10 m uzunluğunda qaz xətti yenisi ilə əvəz olunub. Əvvəlki korroziyaya uğramış və əvəzləmədən sonra yeni qaz xətləri də əvəz edilib. Bu gün qazılmış hissənin örtülməsi icra olunur.

İşlərə başlamamışdan öncə ərazi təhlükəsizlik lenti ilə əhatələnib və xüsusi xəbərdaredici nişanlar qoyulub. Lakin buna baxmayaraq, minik avtomobillərindən biri qazıntı aparılmış yerə düşüb.

Ərazidə bütün təhlükəsizlik tədbirləri əvvəlcədən icra olunub və hər hansı bir avtomobilin qazıntı sahəsində qəza törətməsi yalnız avtomobil sahibinin yol verdiyi diqqətsizlikdən irəli gələ bilər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA