Yollar, marketlər bağlanır, internet kəsilib... - Bişkek qaynayır

img

08-08-2019 [15:08]


Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevin tərəfdarlarını yerli vaxtla saat 16:00-da Bişkekdə mitinqə  çağırmasından sonra paytaxtda və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri artırılır.

"Report” "24”ə istinadən xəbər verir ki, A.Atambayevin tərəfdarlarının axışdığı paytaxtda banklar və iri alış-veriş mərkəzləri bağlanır. Şəhərin mərkəzindəki qurumların əməkdaşlarını evə göndərdikləri bildirilir. Şəhər bələdiyyəsi paytaxtda iğtişaşlara və soyğunçuluq hallarına yol verilməyəcəyini açıqlayıb.

Eyni zamanda şəhər yaxınlığındakı Beş Küngey kəndindən A.Atambayevin yaşadığı Koy-Taş kəndinədək yol bağlanıb və polis qüvvələri yeridilib. 

Həmçinin şəhərətrafı bəzi yaşayış məntəqələrində telefon rabitəsinin və internetin söndürüldüyü barədə məlumatlar var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA