İnam Kərimov həbsdəki tələbə yoldaşının xahişini rədd edib: "Mən səndən yana ağız aça bilmərəm"

img

07-08-2019 [12:46]


"Bayaq İnam Kərimovla bağlı bir xəbər oxudum. Etiraf edim ki, təəccüblənmədim. Səbəbini də yazacam.  İnamın tələb yoldaşı bizimlə birlikdə həbsdəydi. Mənim qonşu kəndçim idi. Atasını tanıyırdım. Özü yaşda məndən balacaydı deyə bir o qədər tanışlığım yox idi".

Mia.az xəbər verir ki, bunu jurnalist Fikrət Fərəməzoğlu sosial çəbəkədəki səhifəsində yazıb.

 O bildirib ki, həmin cavan oğlan bir nəfərlə ticarət işində zərərə düşüb, şəriki də ondan şikayətçi olub deyə həbs edilib: "Ən qəribəsi də o idi ki, bu oğlandan şikayət edən keçmiş şəriki həftədə bir dəfə ona bazarlıq edərək, gətirirdi. 

Həmin oğlanla İnam Kərimovla təkcə tələbə yoldaşı olmayıblar, həm də ailəvi dostluq ediblər. Nazir mənim qonşu kəndçimin ailəsinə hər ay dolanışıq üçün bir miqdar pul da göndərirmiş. 

Günün birində bu oğlan İnama zəng edib, işi ilə bağı xahiş edib ki, bəs, "Mənim evimə köməklik edirsən, qardasıma yardım göstərirsən, balalarımın qayğısına qalırsan, bunlara görə çox sağ ol. Bunları edincə, bircə kəlmə məhkəməylə danış, mənə şərti iş versinlər, sənin də, mənim də canım qurtarsın”. 

İnam da telefonda ona deyib ki, "Fakt odur ki, sən özünlə yanaşı, başqasına da ziyan vurmusan. Qanun nə deyirsə, o da olsun. Sənə görə ağız açmayacam. Qaldı balalarına, onlara görə narahat olma, mən axıra kimi onlara yardım edəcəm”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA