Energetika nazirinin müavini Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək

img

06-08-2019 [13:55]


Avqustun 16-da energetika nazirinin müavini Elnur Soltanov Gədəbəy şəhərində Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək. 

Energetika Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, qəbul saat 13:00-da Gədəbəy rayonu Heydər Əliyev prospekti 1 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Seymur Bağbanlı), nazirliyin "974” Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs Famil Əliyev, əlaqə telefonları: (050) 235 17 57, (055) 573 17 57), elektron poçt ünvanı: office.ganja@regulator.gov.az, ganja@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsindəki "Qəbula yazılmaq" bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA