"Dəniz Kuboku - 2019" müsabiqəsinin püşkatma mərasimi keçirilib

img

05-08-2019 [18:00]


Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında "Dəniz Kuboku - 2019” müsabiqəsinin püşkatma mərasimi keçirilib və hakimlərə sertifikatlar təqdim olunub.

Bu barədə Mia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə müsabiqənin təşkilatçıları tərəfindən hakimlərə verdikləri ixtisas məqbullarının nəticələrinə görə qol sarğısı və hakimlik hüququ verən sertifikatlar təqdim edilib.

Sonra müsabiqənin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilərək yarışacaq komandaların növbə üzrə sıralanması müəyyənləşdirilib.

Müsabiqənin avqustun 6-dan başlayacaq əsas hissəsində hərbi dənizçilər "Artilleriya atışlarının yerinə yetirilməsi”, "Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və "Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA