Azərbaycanda kanala düşən "Bentley" kimin maşınıdır? - VİDEO

img

03-08-2019 [16:33]


Azərbaycanda "Bentley Continental" markalı avtomobil su kanalına düşüb. 

Mia.az xəbər verir ki, bu haqda BAKU.WS məlumat yayıb.  

Hadisənin detalları məlum olmasa da, görüntülərdə sürücü və digər şəxsin avtomobili su kanalından çıxarmaq üçün cəhd göstərdikləri öz əskini tapıb. 

Hadisə yeni baş verdiyindən ərazidə FHN əməkdaşları və DYP nümayəndələri gözə dəymir. 

Qeyd edək ki, "Bentley Continental" avtomobilinin son modelinin qiyməti 430 min AZN dəyərindədir.

"Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, sözügedən maşın "Şərurlu İsfəndiyar” adı ilə tanınan məşhur iş adamı Şərurlu İsfəndiyarın övladlarına məxsusdur.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA