Deputat: "Dəniz qırağında fəaliyyət göstərən obyektlərin hamısında təmizləyəci qurğuları olmalıdır"

img

02-08-2019 [14:21]


"Xəzər dənizinin çirkləndirilməməsi çox vacib məsələdir”. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev bildirib.

Onun sözlərinə görə, dəniz qırağında fəaliyyət göstərən obyektlərin hamısında təmizləyəci qurğular olmalıdır: "Çünki bu gün həmin obyektlərdən dənizə çirkab sular axıdılır və nəticədə dəniz çirklənir. Həmin obyektlərə qarşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başlatdığı tərdiblər alqışlanmalıdır. Dəniz sahillərində yerləşən və dənizi çirkləndirən bir çox obyektlərin ETSN tərəfindən məhkəməyə verilməsi doğru addımdır və bunu hamı dəstəkləməlidir". 

R.Əliyev qeyd edib ki, ictimai-iaşə obyekt işlədənlər üçün təmziləyici qurğunun quraşdırılması elə də çətin məsələ deyil: "Məhkəmələr də mütləq qərar verməlidirlər ki, həmin obyektlər təmizləyici qurğular quraşdırsın. Hesab edirəm ki, məhkəmələr, bələdiyyələr, yerli icra orqanları, deputatlar da bu məslələrdə ETSN-yə kömək etməlidir. Əslində bu məsələlərin həlli üçün bütün cəmiyyət nazirliyə kömək olmalıdır. Çünki çimərliklərdən hamı istifadə edir və dənizi qorumaq da hamımızın borcudur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA