"Azərişıq” ASC-də gender problemi: yeganə qadın rəis işdən çıxarıldı

img

02-08-2019 [10:35]


"Azərişıq” ASC-də kadr dəyişikliyi baş verib. 

Mia.az "Report”a istinadla xəbər verir ki, qurumun Tovuz Rayon Elektrik Şəbəkəsinin (REŞ) rəisi Kəmalə Abdullayeva tutduğu vəzifədən azad edilib.

Onun yerinə Zaur Şirəliyev təyin edilib. O, bu vaxta qədər Xəzər rayon Elektrik Şəbəkəsində aparıcı mütəxəssis olub.

K.Abdullayeva isə "Azərişığ”ın enerji satışı departamentinin abonent şöbəsində baş mütəxəssis vəzifəsinə gətirilib.

Xatırladaq ki, K.Abdullayeva "Azərişıq”da REŞ rəisi olan yeganə qadın olub.

Qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev təyinatla bağlı məlumatı təsdiq edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA