Novxanıda narkoplantasiya salan keçmiş məhkum tutuldu

img

01-08-2019 [12:12]


Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər uğurla davam etdirilir.

DİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində Novxanı qəsəbə sakini əvvəllər məhkum olunmuş Taleh Ağayev saxlanılıb.

Onun qəsəbə ərazisindəki həyətyanı sahəsində yerləşən istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 252 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

T.Ağayev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdiridyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA