Polis "Oba market"in yanmasının qarşısını aldı

img

01-08-2019 [12:08]


Bakıda marketdə ("Oba market"də) baş verən yanğının böyüməsinin və yaşayış evlərinə keçməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb.

DİN-nin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, gecə saatlarında Binəqədi rayonu ərazisində xüsusi texniki avadanlıqlarla qorunan marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə Həyəcan siqnalı daxil olub.

Dərhal Binəqədi Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə yollanıb və marketin daxilində yanğın baş verdiyi müşahidə edilib. Alovun qısa zamanda böyüməsinin və ətraf ərazilərdə olan yaşayış evlərinə keçməsinin qarşısını almaq üçün dərhal polis əməkdaşları vaxt itirmədən həyatlarını təhlükə altına qoyaraq obyektin qapısını sındırıb içəri daxil olublar.

Qısa zamanda yanının qarşısı polislərin səyi nəticəsində alınıb və yanğının geniş miqyasda yayılmasına imkan verilməyib.

Obyektə baş verən yanğının səbəbləri araşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA