Hökumətdən obyektlərin tikintisi ilə bağlı qərara - Dəyişiklik

img

01-08-2019 [11:27]


Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin tikinti ilə bağlı bəzi qərarlarında dəyişiklik edib.

Mia.az xəbər verir ki, "Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 1.8-ci bəndində "75.2.1-ci, 75.2.3-cü” sözləri "75.3.1-ci, 75.3.3-cü” sözləri ilə, "75.2.2-ci” sözləri "75.3.2-ci” sözləri ilə əvəz edilib.

Nazirlər Kabinetinin "Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”ın 10-cu hissəsinin birinci cümləsində "75.10-cu maddəsinə əsasən 10 (on) gün” sözləri "75.14-cü maddəsinə əsasən 3 (üç) iş günü” sözləri ilə əvəz edilib.

"Obyektin Tikintisinə İcazə”nin və "Tikintiyə icazə barədə Xüsusi Nişan”ın forma və məzmununun təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin Qərarında aşağıdakı dəyişikliklər edilib: 

3.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Obyektin Tikintisinə İcazə” üzrə:

3.1.1. "Tikinti obyektinin layihəçisi: ______________________ (adı, ünvanı, lisenziyasının ________________________” hissəsindən sonra "Tikinti layihəsinin nömrəsi və verilmə tarixi) şəhərsalma sənədlərinə uyğun olması barədə rəy ___________________________” hissəsi əlavə edilsin; (rəyin tarixi və nömrəsi)

3.1.2. "Tikinti obyektinə dair alınmış rəylər və əlavə şərtlər: ________________________” hissəsindən "və əlavə şərtlər” sözləri çıxarılsın və həmin hissədən sonra

"Tikintiyə icazədə əlavə şərtlər: __________________________________ ___” hissəsi əlavə edilsin; (tikintiyə icazədə əlavə şərt nəzərdə tutulduqda doldurulur).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA