Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

img

31-07-2019 [15:57]


Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının "Mahaçkala” və "Volqodonsk” kiçik artilleriya gəmiləri iyulun 31-də Bakıya gəlib.

Bu barədə  Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər "Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA