Türkiyə Azərbaycana 10 nəfərlik heyət göndərib - MiQ-29-un axtarışına görə

img

31-07-2019 [15:47]


İyulun 24-də təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin və itkin düşən pilotun axtarışlarında iştirak edəcək türkiyəli mütəxəssislər İstanbuldan Azərbaycana yola düşüblər. 

"Haber7” xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Heyətə Türkiyənin Dəniz Donanmasına aid Sualtı Axtarış Xilasetmə Dəstəsinin 10 əməkdaşı daxildir. Onlar təyyarənin və pilotun axtarışlarında iştirak edəcəklər. 

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də qəzaya uğrayaraq Xəzər dənizinə düşüb. Pilot Rəşad Atakişiyevin taleyindən məlumat yoxdur. 

Təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara müasir sualtı robotlar və digər avadanlıqlar, o cümlədən xarici mütəxəssislər və peşəkar dalğıclar cəlb olunub.

Əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyə Respublikasının aidiyyəti qurumlarına da müraciət olunmuşdu/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA