İran Hərbi Dəniz Qüvvələrinin iki raket kateri Bakıya gəlib

img

30-07-2019 [17:15]


İran Hərbi Dəniz Qüvvələrinin "Peykan” və "Cövşən” raket katerləri iyulun 30-da Bakıya gəliblər.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, səfərdə məqsəd Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində baş tutacaq "Dəniz Kuboku” müsabiqəsində iştirak etməkdir.

Xatırladaq ki,  "Beynəlxalq Ordu Oyunları-2019” avqustun 3-dən 17-dək keçiriləcək.

Qeyd edək ki, bu gün Qazaxıstanın hərbi gəmiləri də Bakıya gəlib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA