Baş nazirdən "Azərsu" ilə bağlı qərar: yeni idarələr yaradıldı - SİYAHI

img

30-07-2019 [11:54]


Nazirlər Kabineti "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə” qərar verib.

Mia.az xəbər verir ki, baş nazirin imzaladığı qərara əsasən, "Azərsu” ASC-nin tabeliyində, "Azərsu” ASC-nin "Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı sukanal idarələrinin bazasında 1 №-li, Şamaxı, Ağsu, Ucar, Zərdab, Kürdəmir və Qobustan sukanal idarələrinin bazasında 2 №-li, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara sukanal idarələrinin bazasında 3 №-li, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Hacıqabul, Salyan və Cəbrayıl sukanal idarələrinin bazasında 4 №-li, Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Laçın, Beyləqan, Füzuli və Xocavənd sukanal idarələrinin bazasında 5 №-li, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı sukanal idarələrinin bazasında 6 №-li, Yevlax, Göygöl, Samux, Naftalan, Goranboy, Kəlbəcər, Xocalı və Daşkəsən sukanal idarələrinin bazasında 7 №-li və Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax sukanal idarələrinin bazasında 8 №-li regional sukanal idarələri yaradılıb.

"Azərsu” ASC-nin İstehsalat-Texniki Komplektləşdirmə İdarəsinin adı dəyişdirilərək "Anbar Təsərrüfatı İdarəsi” adlandırılıb. 

Eyni zamanda "Azərsu” ASC-nin "Birləşmiş Sukanal” MMC onun tərkibində hüquqi şəxslər kimi fəaliyyət göstərən "Göyçay Sukanal” TSC və "Ağdaş Sukanal” TSC-nin ona qoşulmaları şəklində yenidən təşkil ediləcək. 

"Azərsu” ASC-nin "Birləşmiş Sukanal MMC hüquq varisliyi qaydasında ona qoşulan "Göyçay Sukanal” TSC-nin və "Ağdaş Sukanal” TSC-nin bütün hüquq və öhdəliklərini öz üzərinə götürəcək.

"Göyçay Sukanal” TSC-nin və "Ağdaş Sukanal” TSC-nin "Birləşmiş Sukanal” MMCyə qoşulmaları ilə bağlı təhvil aktlarının təsdiq edilməsi səlahiyyəti "Azərsu” ASC-nin sədrinə verilib.

"Birləşmiş Sukanal” MMC-nin nizamnamə kapitalı "Göyçay Sukanal” TSCnin və "Ağdaş Sukanal” TSC-nin nizamnamə kapitalları miqdarında artırılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA