30-07-2019 [10:14]
Bakı şəhərinin rayonlarında kəskin qəzalı vəziyyətdə olan, bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmayan binalarda yaşayan sakinlərin köçürülməsi istiqamətində işlər davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, müvafiq dövlət qurumlarının apardıqları araşdırmalara əsasən paytaxtın müxtəlif rayonlarında 17 ədəd belə bina müəyyənləşdirilib və bu binalardakı mənzillərdə yaşayan sakinlərin köçürülməsinə başlanıb: "Qəzalı vəziyyətində olan binalardan biri də Yasamal rayonu, Mirzə Ağa Əliyev küçəsi 150 ünvanında yerləşən 3 mərtəbəli, 43 mənzilli binadır. Bina 1889-cu ildə inşa edilib və uzun müddət əsaslı təmir olunmadığından qəzalı, yaşayış üçün yararsız vəziyyətə düşüb.
Vaxtı ilə Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 16.06.1989-cu il tarixli, 5/195 saylı Qərarı ilə bina qəzalı hesab edilərək sakinlərin oradan köçürülməsinə başlanmışdır. Həmin ildə binadan 23 ailə köçürülmüş, sonradan isə işlər yarımçıq qaldığından burada boşalmış mənzillər məcburi köçkünlər tətəfindən zəbt olunmuşdur.
Son illərdə binada vəziyyət daha da ağırlaşmış, 2011 və 2017-ci illərdə Fövqəladə Hallar Nazirliyi, "Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun mütəxəssislərinin burada keçirdikləri təkrar baxışlar bina ilə bağlı əvvəlki rəyləri bir daha təsdiqləmiş, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların dərhal köçürülməsi, ərazinin hasarlanması və həyətə girişin məhdudlaşdırılması ilə bağlı akt tərtib olunmuşdur.
Hazırda binadan sakinlərin köçürülməsi işləri davam edir. Bununla əlaqədar bəzi sakinlər ayrılan kömpensasiyaların onları qane etməmələri və digər tələblər irəli sürərək öz narazılıqlarını bildirmişlər.
Ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın məsələyə dair tapşırıqları ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, eləcə də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qəzalı binada olmuş, burada yaşayan sakinlər və məskunlaşmış məcburi köçkünlərlə görüşərək onların problemləri ilə yaxından tanış olmuş, istək və arzularını dinləmişlər.
Eldar Əzizov binanın kəskin qəzalı olması ilə əlaqədar sakinlərin buradan təcili köçürülməsinin vacibliyini vurğulamış, bildirmişdir ki, buradakı köçürülmə dövlət əhəmyyətli tədbirlərlə bağlı köçürülmə deyil, binanın istismara yararsız qəzalı vəziyyətdə olması ilə bağlıdır və vətəndaşlara ödəniləcək vəsait kompensasiya deyil, maddi yardım kimi qiymətləndirilməlidir. Sözügedən bu binada sakinlərin köçürülməsi ilə bağlı ödəniləcək məbləğ şəhər üzrə maksimum həddə müəyyən edilib.
Görüşdə edilən müraciətlərlə bağlı yaşayış sahələrinin yenidən ölçülməsi ilə bağlı müvafiq tapşırıq verildi. Eyni zamanda binada məskunlaşmış məcburi köçkünlərin yerləşdirilməsi və bu zaman onların arzu və istəklərinin nəzərə alınması ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edildi.
Eldar Əzizov bildirmişdir ki, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu bunada həyata keçiriləcək köçürmə işlərinin tez bir zamanda, vətəndaşların hüquqlarının pozulmasına yol verilməməsi və onlara müvafiq köməkliklərin göstərilməsi ilə bağlı tapşırılar verilmış, məsələ nəzarətə götürülmüşdür. Həmçinin sakinlərə bildirilmişdir ki, söküləcək binanın yerində hər hansı çoxmərtəbəli bina və ya ticarət obyektinin inşası nəzərdə tutulmamışdır.
2 saatdan çox çəkən görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərə mövcud Qanunvericiliyə uyğun olaraq real imkanlar dxilində hər cür köməklik göstəriləcəyini, binada köçürülmə işlərinin nəzarətdə saxlanılacağını qeyd etmişdir. Sakinlər görüşdən razı qaldıqlarını bildirmişlər".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi