“Aztelekom” MMC-nin direktoru qəzaya düşdü

img

29-07-2019 [20:14]


"Aztelekom” MMC-nin Kommersiya departamentinin direktoru Elçin Cabarov avtomobil qəzasına düşüb.

Musavat.com xəbər verir ki, qəza Göytəpə ərazisində baş verib. Belə ki, Göytəpə ərazisində E. Cabarovun içərisində olduğu "Mercedes” markalı avtomobilin qarşısına it çıxıb.

İti vurmamaq üçün sükanı çevirən sürücü, idarəetməni itirib. Nəticədə E. Cabarov və maşında olan digər şəxs ciddi bədən xəsarətləri alıblar. Qəzaya düşən şəxslər Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Qeyd edək ki, Elçin Cabarovun Masallı rayonuna iş görüşməsi üçün getdiyi bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA