Nazirlik qatarın vurduğu şəxslərlə bağlı açıqlama yaydı

img

29-07-2019 [14:18]


Səhiyyə Nazirliyi Bakının Zirə qəsəbəsində  qatarın taksini vurması nəticəsində xəsarət alanlarla bağlı açıqlama yayıb.

Mia.az SN-ə istinadla xəbər verir ki, açıqlamada hadisə zamanı 4 nəfərin xəsarət aldığə bildirilib.

Qeyd olunub ki, onlardan 22 yaşlı qız qapalı kəllə beyin travması və yuxarı ətrafların sınığı diaqnozu, digər yaralı - 20 yaşlı oğlan qapalı kəllə beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Hər iki yaralının vəziyyəti ağırdır.

Hadisə nəticəsində 38 yaşlı kişinin sol qolu sıyrılıb. 33 yaşlı kişi isə sol çiyinindən və sol baldırından travma alıb. Hər iki şəxsə yerində yardım edilib. Onlar xəstəxanaya aparılmalarından imtina ediblər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA