Bu gün Xəzərdə 6 nəfər boğulub

img

28-07-2019 [23:13]


Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazilərdə 4 nəfər, Xəzər rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfər və Abşeron rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfər batıb.

Bu barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları batan şəxslərin axtarışlarına cəlb olunub.

Əlavə məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA