Daxili İşlər Nazirliyi Saatlıda baş verən güllələnmə ilə bağlı məlumat yayıb

img

27-07-2019 [19:12]


Daxili İşlər Nazirliyi (DİN) Saatlı rayonunda baş verən güllələnmə ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, iyulun 27-nə keçən gecə Saatlı rayonunun Bəylər kənd sakini Mübariz Həsənovun həyətinə gəlmiş həmkəndlisi Füsət Məhərrəmov münaqişə zəminində tüfəngdən açdığı atəşlə onu, evinə qayıtdıqdan sonra isə özünü öldürüb.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd müvafiq sənədləri olan "TOZ-63” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA