Beyləqanda həmkəndlisinin sifətinə bıçaq zərbələri yetirən şəxs saxlanılıb

img

27-07-2019 [18:18]


Beyləqanda bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, iyulun 26-da Beyləqan şəhəri Magistral küçəsində 1-ci Şahsevən kənd sakini R.Həsənov münaqişə zəminində bıçaqla həmkəndlisi E.Əliyarovun sifət və bədən nahiyələrinə çoxsaylı xəsarətlər yetirib.

E.Əliyarov xəstəxanaya yerləşdirilib.

Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Həsənov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA