Müdafiə Nazirliyi qəzaya uğrayan MİQ-29-un pilotu ilə bağlı xəbər yaydı - FOTOLAR

img

27-07-2019 [13:26]


Hərbi təyyarənin qəzaya uğraması ilə əlaqədar yaradılan əməliyyat qərargahında Müdafiə Nazirliyi, aidiyyəti dövlət qurumları və xidmətlərin nümayəndələrinin iştirakı ilə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin məlumat yayıb.

Xatırladaq ki, iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Hərbi təyyarə Xəzər dənizinə düşüb. Qəzaya uğrayan təyyarənin pilotu, 34 yaşlı Rəşad Atakişiyevin axtarışı gedir.

Onu da qeyd edək ki, pilot sabiq dövlət müşaviri Qabil Hüseynlinin qızının həyat yoldaşıdır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA