İmişlidə itkin düşən şəxsin öldürülərək gölə atıldığı məlum olub

img

26-07-2019 [20:23]


İmişlidə itkin düşən şəxsin öldürülərək gölə atıldığı məlum olub.

Mia.az "Report"a istinadla bildirir ki, qətl hadisəsi iyulun 20-də rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, əslən Füzuli rayonundan məcburi köçkün düşmüş və İmişli rayonunun Çaxırlı kəndində məskunlaşan 1959-cu il təvəllüdlü İsayev Qərib Bahadur oğlu yaxın qohumu, Füzuli rayonunun Horadiz şəhərində qeydiyyatda olan 1969-cu il  təvəllüdlü Verdiyev Polad Ərşad oğlunu dəmir parçası ilə vuraraq öldürüb.

Daha sonra cəsədi yaxınlıqda olan gölə atıb. Hazırda cəsədin sudan çıxarılması üçün FHN-in dalğıcları əraziyə cəlb edilib, axtarışlar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA