Aİ komissarı vəzifəsindən gedəcək?

img

26-07-2019 [15:37]


Son iki Avropa Komissiyasında (AK), başqa sözlə, 2014-cü ildən bəri Avropa İttifaqının genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə komissarı vəzifəsini tutan Yohannes Han, çox güman, tutduğu postdan ayrılacaq.

Bu barədə o, jurnalistlərə Belqradda Serbiyanın baş naziri Ana Brnabiç ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, AK-nın yeni rəhbəri olacaq Ursula fon der Lyayen avqustun sonuna qədər hazırlanacaq namizədlər siyashısı əsasında noyabrın 1-dək Komissiyanın yeni tərkibini formalaşdıracaq.

Y.Han AK-nın yeni tərkibində yer alıb-almayacağını bilmədiyini də əlavə edib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA