Keçmiş məhkum paytaxt sakinini öldürdü

img

25-07-2019 [21:45]


İyulun 24-də saat 3 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Çərkəzov münaqişə zəminində paytaxt sakini Kamran Abdullayevin bud nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. 

Xəstəxanaya yerləşdirilmiş K.Abdullayev orada ölüb.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən P.Çərkəzov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA