25-07-2019 [21:04]
"Azərbaycan "MİQ 29" qırıcılarının istifadəsindən imtina etməlidir".
Mia.az xəbər verir ki, bu sözləri millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında deyib.
Deputat dünən gecə qəza uğrayan MİQ 29 qırıcı təyyarəsi ilə bağlı danışarkən ilginc fikirlər səsləndirib:
"Azərbaycan "MİQ 29" qırıcılarının istifadəsindən imtina etməlidir. Çünki bu təyyarələrə sahib olan ölkələrin əksəriyyətində bu tipli qəzalar baş verir.
Bundan əlavə, bildiyim qədər biz keçmiş müdafiə naziri Səfər Əbiyevin zamanında Rusiyadan və Ukraynadan bu model köhnə, təmir olunmuş təyyarələr almışıq, çoxu xeyli köhnəlib. Biz pilotlarımızın həyatını riskə atmamalıyıq. Internetdə kiçik bir axtarış etsəniz, bu təyyarələrin nə qədər etibarsız olduğuna əmin olarsınız".
Keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl da "Bizim Yol"a maraqlı açıqlamalar verib.
O deyib ki, ordunun arsenalında olan silahların köhnəlməsi, bu kimi qəzaların riskini artırır.
Onun sözlərinə görə, bu məsələlər də ciddi araşdırılmalıdır:
"MİQ-29” tipli qırıcı təyyarələrin istehsalına 1980-ci ildən başlanılıb. Keçmişin modifikasiyasıdır. Ordumuzun arsenalında köhnə modifikasiyalar var. Azərbaycan ordusunun arsenalına da 90-cı illərin əvvəllərindən daxil olub. Burada təxribatdan daha çox texnikanın köhnəliyi məsələsi əsas faktordur. Dünyanın hər yerində pilotlar qəzaya uğraya bilir. Bunun səbəbləri, eyni zamanda bugünə qədər baş verən bütün hadisələr ciddi araşdırılmalıdır. Partlayış olmuş silah anbarı, silahların köhnəliyi, zirehli tankların köhnə olması, istehsalının köhnə olması, Rusiyadan və Ukraynadan alınmış, sıradan çıxmış, yenidən işlənmiş texnikaların arsenalımızda olması, hətta korrupsiya halları və digər bu tipli hadisələr araşdırılmalıdır. Bunların nəticəsidir ki, belə qəzalar baş verir.
Bu qırıcı təyyarənin qiyməti 22 milyon dollardır. Bu məsələlərə çox ciddi yanaşılmalı, səhlənkarlıq və təxribat məsələləri araşdırılmalıdır. Təxribat məsələsi inandırıcı görsənmir, daha çox texnikanın köhnəliyi səbəb ola bilər qəzaya. Çox təəssüf ki, nəinki təyyarələr, başqa texnikalar da köhnədir. Sadəcə, təyyarə bu silahların ən bahalısıdır. Pilot həlak olubsa, çox pis, pilotun canı texnikadan daha qiymətlidir bizim üçün, yox, əgər sağdırsa, bu o deməkdir ki, dövlətimizin milyonları batdı. Bizim milyonlarımız yoxdur ki, qırıcılar alaq, vəziyyət gərgindir.
Bu ciddi nəzarətdə olmalıdır. Təəssüflər olsun ki, orduda bu cür səhlənkarlıqlar baş alıb gedir. Heç kim bilmədi ki, Giləzi boyda silah anbarı niyə partladı, dağıldı. Dövlət onu bərpa etmək üçün nə qədər vəsait xərclədi və s. Ordu bilməlidir ki, onun itirdiyi hər bir manat bu xalqın cibindən, belindən, zəhmətindən, iqtisadiyyatından çıxır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi