Sabah hava necə olacaq? - Proqnoz açıqlandı

img

21-07-2019 [13:31]


İyulun 22-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Mia.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 35-40 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəldikdə isə, şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA