Bakıda mənzildən ər-arvadın meyiti tapılıb - FHN açıqlama yaydı

img

19-07-2019 [16:19]


Bakıda mənzildən iki nəfərin meyiti tapılıb. 

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a verilən məlumata görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Belə ki, qurumun "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Məmmədova Esmira Tələt qızının və 1955-ci il təvəllüdlü Məmmədov Aydın Nizami oğlunun meyitlərini aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA