Türkiyənin Baş konsulunun müavini qətlə yetirildi - Ərdoğandan ilk açıqlama

img

17-07-2019 [17:57]


İraqın Ərbil şəhərində Türkiyə konsulluğu əməkdaşlarının olduğu restorana silahlı hücum nəticəsində 1 türk diplomat ölüb, 2-si yaralanıb.

Mia.az xəbər verir ki, bu, hücumdan sonra Türkiyə XİN tərəfindən dəqiqləşdirilmiş son məlumatdır.

Bildirilib ki, öldürülən diplomat Türkiyənin Ərbildəki baş konsulunun müavinidir. 

Baş verən hadisəyə prezident Ərdoğan operativ reaksiya verib. O, bu hadisəni qınayıb, şəhid diplomatın ailəsinə başsağlığı verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA