Mərhum generalın oğlu DSX-də xidmətə başlayıb - FOTO

img

16-07-2019 [16:51]


Dövlət Sərhəd Xidməti (DSX) rəisinin sabiq şəxsi heyət üzrə müavini, mərhum general-mayor Mə­həmməd Abbasquliyevin oğlu Əli Abbasquliyev DSX Akade­mi­yasında təhsilini başa vuraraq sərhədçi zabit kimi xidmətə başlayıb.

"Report"un məlumatına görə, DSX-nin rəisi ge­neral-pol­­­kovnik Elçin Quliyev DSX Akade­mi­yasının məzun­la­rının təntənəli buraxı­lış mərasimində leytenant rütbəsini Ə.Abbasquliyevə təqdim edib.

E.Quliyev Ə.Abbasquliyev ilə görüşərək DSX Akademiyasının məzunu olması münasibətilə onu təbrik edib. Xidmət rəisi sər­hədçi zabit nəslinin nümayəndəsi və atasının layiqli davamçısı kimi gə­ləcək xidmətində ona uğur və müvəffəqiyyətlər arzulayıb.

Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xid­məti (DSX) Akade­mi­yasının məzun­la­rının təntənəli buraxı­lış mərasimi keçi­rilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA