Rusiya vətəndaşları Tbilisidə aksiyaya qoşulublar

img

16-07-2019 [15:24]


Gürcüstanın paytaxtı Tbilisidə Rusiya vətəndaşları aksiya keçiriblər.

"Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentinin binası qarşısında baş tutan aksiyada ölkədə yaşayan və səfərdə olan 10-a yaxın rusiyalı iştirak edib.

Aksiya "Mən Qavrilov deyiləm! Rusiyalılar vahid Gürcüstan naminə” şüarı altında keçirilib.

İştirakçılar Rusiyanın Gürcüstana qarşı siyasətinə etiraz ediblər. Onlar əllərində "Putindən yoruldun? Gürcüstanda dincəl" və Rusiyanın Gürcüstana qarşı işğalçılıq siyasətini tənqid edən şüarlar tutublar.

Rusiyalılar Gürcüstanın xarici vətəndaşlar və qonaqlar üçün ən təhlükəsiz ölkə olduğunu bildiriblər.

Qeyd edək ki, Rusiya vətəndaşlarının Tbilisidəki Gürcüstana dəstək aksiyası ilk olaraq iyulun 9-na təyin olunmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA