Xidmət rəisi ƏƏSMN-dən getdi - Öz ərizəsi ilə

img

16-07-2019 [11:09]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib.

Mia.az "Report"a istinadla xəbər verir ki, o, öz ərizəsi əsasında işdən çıxarılıb.

E.Cəfərov yeni işə keçməsi ilə əlaqədar olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən ayrılıb.

ƏƏSMN-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı "Report"a açıqlamasında məlumatı təsdiqləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA