Vilayət Eyvazov rəisləri topladı - DİN-də geniş müşavirə

img

12-07-2019 [10:42]


Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilir.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun sədrliyi ilə keçirilən toplantıda DİN-in kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar, Azərbaycanın bütün şəhər və rayon polis idarə, şöbə və bölmələrinin rəisləri iştirak edirlər.

İclasda 2019-cu ilin 6 ayı ərzində ölkədə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunur/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA