Zakir Həsənov Hərbi Dəniz Qüvvələrində - VİDEO

img

09-07-2019 [14:20]


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin (HDQ) şəxsi heyətinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HDQ-nin hərbi hissələrindən birində yeni inşa edilən infrastruktur obyektinin açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri qərargah, matros yataqxanaları, tibb məntəqəsi, digər xidməti və inzibati otaqlara, eləcə də ərazidəki qurğu və avadanlıqlara baxış keçirib.

Məruzə olunub ki, yaradılan şərait şəxsi heyətin hərbi hissə qarşısında qoyulan vəzifə və tapşırıqları daha keyfiyyətli və effektiv icra etməsinə imkan yaradacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA