Azərbaycan Notariat Palatası təsis edildi, yeni sədr seçildi

img

08-07-2019 [19:23]


Bakıda Azərbaycan Notariat Palatasının təsis yığıncağı keçirilib.

Mia.az Ədliyyə Nazirliyinə istinadla xəbər verir ki, tədbirdə nizamnaməsi yekdilliklə qəbul olunmaqla Azərbaycan Notariat Palatası təsis edilib.

Daha sonra Palatanın idarəetmə orqanlarının seçkisi keçirilərək İdarə Heyətinin, Müşahidə Şurasının və Təftiş Komissiyasının tərkibi formalaşdırılıb.

2 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinin notariusu Hüseyn Məmmədov Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA