Azərbaycanda körpələrə Qəhət, Manoş, Təkiş, Taz adlarının qoyulmasının qarşısı alınıb - SİYAHI

img

08-07-2019 [16:57]


"İyun ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 32 müraciətə baxılıb”.

Bunu "Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 18 adın körpələrə qoyulması tövsiyə edilməyib və cavab müsbət olmayıb.

Eyni zamanda valideynlərin övladlarına bəzi adları qoymaq cəhdlərinin qarşısı alınıb: "Valideynlər tərəfindən Aza, Sağyaşar, Qəhət, Seçən, Manoş, Namizəd, Qənaət, Oyalı, Pərtövnihal, Şadbala, Taz, Təkiş, Təçən, Vəsi, Qızlarxanım, Kündəş, Közhan və Sənvöch adlarının körpələrə qoyulmasının qarşısı alınıb. Bu adların qoyulması ümumilikdə qadağan edilib”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA