05-07-2019 [12:47]
Dövlət İmtahan Mərkəzi (DİM) qurumun adından açılan saxta profillərlə bağlı sosial şəbəkə istifadəçilərinə müraciət edib.
Mia.az DİM istinadla bildirir ki, son günlər yenidən "Facebook” və "Instagram” sosial şəbəkələrində Dövlət İmtahan Mərkəzi adı ilə saxta səhifələr yaradılıb.
Məlumata görə, bu səhifələrdə tələbə qəbulu kampaniyasının gedişi, ixtisas seçimi, müxtəlif hazırlıq kurslarının reklamı, dövlət qulluğuna qəbul, eləcə də Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirilir: "Belə səhifə idarəçiləri müəyyən ödəniş müqabilində istifadəçilərə müxtəlif xidmətlər təklif edirlər, öz əlaqə nömrələrini vətəndaşlara verirlər. Bundan sonra zəng edən vətəndaşların "şəxsi kabinet”lərinin parolunu əldə edir və onu dəyişirlər. Daha sonra isə həmin vətəndaşlarla əlaqə saxlayıb "şəxsi kabinet”in yeni parolunu vermək üçün müəyyən ödəniş tələb edirlər.
Bundan əlavə, bu tip şəxslər sosial şəbəkələrdə imtahanlarda iştirak etmək istəyənlərə yazırlar və ödəniş müqabilində qeydiyyatdan keçirməyi təklif edirlər. Lakin heç bir qeydiyyat etmirlər və bu abituriyentlər qeydiyyatdan keçmədiyi üçün imtahanda iştirak edə bilmirlər.
Belə səhifə, qrup və şəxslər istifadəçiləri aldatmaq üçün öz səhifələrinin "profil” şəkli və "cover” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə edir, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışırlar. Bu tip səhifələr Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlara istinad etmədən onların üzünü köçürməklə öz səhifələrində paylaşım edirlər. Qaydaları dəqiq bilmədikləri üçün istifadəçilərin onlara ünvanladığı suallara da təhrif olunmuş, yanlış cavablar verirlər".
DİM xatırladıb ki, Azərbaycan Respublikasının "Dövlət İmtahan Mərkəzi” söz birləşməsi və loqotipi (emblemi) Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış ona məxsus əmtəə nişanıdır:
""Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin razılığı olmadan ona məxsus əmtəə nişanından istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.
Dövlət İmtahan Mərkəzi tərəfindən ona məxsus əmtəə nişanlarından qanunsuz istifadə etməyə yol vermiş şəxslər və qurumların Azərbaycan Respublikasının inzibati və cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görüləcək".
DİM rəhbərliyi sosial şəbəkə istifadəçilərinə daha da diqqətli olmağı və qurumun adından yaradılna saxta səhifə və qruplara üzv olmamağı tövsiyə edir.
Sonda Dövlət İmtahan Mərkəzinə məxsus yalnız aşağıdakı səhifələr fəaliyyət göstərdiyi bildiriib:
Facebook: https://www.facebook.com/stateexamcenter/
Instagram: https://www.instagram.com/stateexamcenter/
Twitter: https://twitter.com/stateexamcenter
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi